BAKI, 24 iyun — Sputnik. Yaponiya alimləri Altsheymer xəstəliyi zamanı yaddaşın qorunma üsulunu aşkar ediblər.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalarla soyadakı zülal parçalarının xəstələrin sağlamlığına yaxşı təsir göstərdiyi müəyyən edilib. Kyusyu universitetinin əməkdaşları tərəfindən müəyyən edilən molekulun tərkibində tirozin və prolin adlı amin turşuları var. O, soya vasitəsilə mədəyə düşür və dəyişikliyı məruz qalmadan beyinə daxil olur.
Alimlər laboratoriya siçanları üzərində dəfələrlə təcrübə keçiriblər. Siçanlara yaddaşın funksiyasını dayandıran maddə yeridilib. Daha sonra bir qrupa zülal parçası verilib. Və müəyyən edilib ki, gəmiricilər bundan sonra labirintdə yolu yaxşı xatırlayır. Lazım olan molekulu qəbul edə bilməyən siçanlar isə bu tapşırığı çətinliklə həyata keçirə bilib.