CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avaxıldan Avropayadək yayılan təlim: "Bu gün hakimiyyət kimindir?"

© AFP 2024 / Mahmoud Zayyat Археологические раскопки, фото из архива
Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şamaxıda növbəti arxeoloji qazıntılardan biri başa çatıb. Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Azərbaycanın tarixi məkanlarından sayılan ccdan biri başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafar Cəbiyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyası Şamaxı rayonunun Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında tədqiqatları yekunlaşdırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, tədqiqatlar nəticəsində Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilib.

 Aparılan tədqiqatla əlaqədar professor Qafar Cəbiyev Sputnik Azərbaycan-a danışıb: "5x5 metr ölçüdə olan türbə yonulmuş çay və qaya daşları ilə hörülüb. Türbənin şimal divarlarının nisbətən yaxşı qalan hissəsinin hündürlüyü 2,1 metr, qalınlığı 0,9 metr təşkil edir. Türbənin cənub tərəfi boyunca şərq-qərb istiqamətində uzanan qəbir kamerasının eni 0,9 metr, uzunluğu isə 2,1 metrdir. Qəbir kamerasının üstü iri ölçülü qaya parçaları ilə örtülüb. Qəbirdən şimal tərəfdə olan döşəmənin eni 1,9 metr, uzunluğu isə 3,2 metrdir. Döşəmənin şimal kənarı boyunca ziyarətçilərin oturub zikr etməsi üçün xüsusi kətil hörülüb. Türbənin cənub divarının mərkəzində eni 0,5 metr, salamat qalmış hissədə hündürlüyü 0,8 metr olan tağvari taxça qeydə alınıb. Taxçanın çöl tərəfində, cənub divarı qarşısında aşkar edilən, səlcuq zənciri ilə haşiyələnən mehrab təsvirli xatirə daşı da məhz Pir Ömərin məzarına aiddir”. 

© Sputnik / Ilham AhmadovŞamaxıda qazıntılar
Avaxıldan Avropayadək yayılan təlim: Bu gün hakimiyyət kimindir? - Sputnik Azərbaycan
Şamaxıda qazıntılar

Alimin sözlərinə görə, tədqiqat zamanı türbənin içərisi və ətrafından xəlvətilik sufi məktəbinə, onun banisi Pir Ömərə aid elmi cəhətdən çox mühüm əhəmiyyət kəsb edən artefaktlar üzə çıxıb. Həmin tapıntılar içərisində bilavasitə Pir Ömərə aid qəbir və türbə kitabəsi xüsusilə maraqlıdır. Türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat edib. Kitabədə Pir Ömərin xəlvətilik sufi məktəbinin banisi və təriqət sahiblərinin əzizi olduğu qeyd edilib. Kitabədə, habelə Pir Ömərə “şeyx”, “zahid”, “abid” kimi epitetlərlə xitab olunub. Maraqlıdır ki, sadə süls xətti ilə yazılmış ərəbdilli kitabədə Azərbaycan türkcəsində olan ifadələr də yer alıb. 

Türbənin ətrafından daha bir neçə kitabə aşkar edilib. Həmin kitabələrdən biri Sultan Bayazidin nəslindən olan Şeyx Cəlilə, digəri Şeyx Cəlilin oğlu Allahvermişə aiddir. Tarixi mənbələrdən məlum olduğu kimi, Sultan Bayazid Pir Ömərin xəlifələrindən biri olan Bayazid Piranidir. Onun nəslindən olan Şeyx Cəlil isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində yaşamış xəlvətilik sufi məktəbinin davamçılarındandır. Bu isə XIV əsrin ortalarında təşəkkül tapan Avaxıl xəlvətilik sufi xanəgahının XIX əsrin əvvəlinədək davamlı fəaliyyət göstərdiyini sübut edir.

© Sputnik / Ilham AhmadovŞamaxıda qazıntılar
Avaxıldan Avropayadək yayılan təlim: Bu gün hakimiyyət kimindir? - Sputnik Azərbaycan
Şamaxıda qazıntılar

 Qazıntı prosesində ərazidə bir-birinin yaxınlığında olan çoxsaylı müsəlman qəbirləri də aşkar edilib. Qəbirlərdən birinin kitabəsində Qurani-Kərimin "Ğafir" surəsinin 16-cı ayəsi həkk olunub: “Bu gün hakimiyyət kimindir? Vahid və Qəhhar olan Allahın”.

Arxeoloji tədqiqatlar zamanı türbənin içərisindən və ətrafından xəlvətilik sufi təliminin icrası ilə bağlı rituallara aid olduğu düşünülən digər artefaktlar da aşkar edilib. Daş qablar, keramika və sikkə nümunələri buna misal ola bilər.

© Sputnik / Ilham AhmadovŞamaxıda qazıntılar
Avaxıldan Avropayadək yayılan təlim: Bu gün hakimiyyət kimindir? - Sputnik Azərbaycan
Şamaxıda qazıntılar

Məlum olduğu kimi, ilkin olaraq Avaxılda təşəkkül tapan, Şirvanda və bütün Azərbaycanda formalaşma mərhələsi keçən xəlvətilik sufi təlimi daha sonra Avropa, Asiya və Afrikanın hüdudları daxilində də geniş yayılıb. Orta əsr Azərbaycan multikultural dəyərlərinin bariz nümunəsi olaraq təşəkkül və formalaşma dönəmində Şirvanşahlar dövləti tərəfindən dəstək alan xəlvətilik sufi məktəbini daha sonra Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Misir Məmlükləri kimi dövrün böyük dövlətləri də himayə etmişlər. Göründüyü kimi, xəlvətilik sufi təlimi müasir dünyamızın geniş bir coğrafi arealını əhatə edir və onun çoxminli tərəfdarları bu gün də qalmaqdadır.

Xəbər lenti
0