CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ xanının nəslindən olan rəssam qeyri-adi əsər yaradıb

© Photo : Instagram / gama775Художница Гама Меликова, фото из архива
Художница Гама Меликова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qarabağ xanlarının Cavanşir sülaləsinin davamçısı və böyük Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadənin nəticəsi 100 yaşlı palıd qabığı üzərində şedevr yaradaraq görənləri şoka salıb

BAKI, 24 iyun — Sputnik, Kəmalə Əliyeva. Moskvada yaşayan Azərbaycanın Xalq artisti Elçin Əzizovun həyat yoldaşı, rəssam Qama Məlikova palıd ağacının qabığında 100 yaşı olan orijinal sənət əsəri yaradıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fırça ustası "Instagram" sosial şəbəkəsindəki səhifəsində yeni işini bölüşüb və hətta onun yaradılması prosesini də nümayiş etdirib.

View this post on Instagram

A post shared by GamEl (@gama775) on

Karantindən istifadə edən Məlikova 100 yaşlı palıd qabığından istifadə edərək yeni şedevrini yaratmağa başlayıb. O, qabığın üzərində pələng təsvir edib. "Kimsə bu qabığa uyğun gəlmədi, amma pələng qalib gəldi", - Məlikova zarafatla yazıb.

Rəssamın abonentləri onun işindən heyranlıqla bəhs ediblər. Məlikova bildirib ki, tezliklə digər işlərini də sosial şəbəkədə bölüşəcək.

Qama Məlikova həm vətənində, həm də onun hüdudlarından kənarda yaxşı tanınır. Rəssam Qarabağ xanlığının hökmdarlarının nəslinə – Cavanşir sülaləsinə mənsubdur və eyni zamanda böyük Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadənin nəticəsidir. O, yalnız rəssam deyil, həm də fotoqraf və dizaynerdir. Məlikovanın işlərində Azərbaycanın milli ornamentləri xüsusi yer tutur.

Xəbər lenti
0