Koronavirusa yoluxmuş həyat yoldaşını tərk etdi: “Təklikdə öl”

© REUTERS / Marzio Toniolo Девушка у окна, фото из архива
Девушка у окна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həyat yoldaşı sağalandan sonra qadın onunla barışmaq istəsə də, bu dəfə kişi ondan imtina edib və məhkəməyə müraciət edərək boşanıb.

BAKI, 24 iyun — Sputnik. Banqladeşdə qadın koronavirusa yoluxmuş ərini tərk edib.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии  - Sputnik Azərbaycan
İtaliyada bütün ailə koronavirusdan öldü

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, işləmək üçün yaşadığı Rajapur şəhərindən Dəkkəyə gedən şəxsdə koronavirus aşkar edildikdən sonra o geri qayıdıb. Amma evinə qayıdanda onu sürpriz gözləyib. Koronavirusla mübarizə aparan şəxsi həyat yoldaşı tərk edib.

"Sən koronavirusa yoluxmusan, səninlə yaşasam ölərəm. Tək başına öl" deyən qadın atası evinə qayıdıb.

Kişi arvadını geri qaytarmaq üçün çalışsa da bacarmayıb. Sağalandan sonra kişi zəng edib arvadına sağaldığını bildirib. Qadın əri ilə barışmaq istəsə də bu dəfə kişi ondan imtina edib.

"Sən sadəcə yaxşı günlərdə məni həyat yoldaşımsan. Yaşadığım çətin günlərdə məni tərk etdin. Artıq qayıtdığı ata evində qala bilərsən" – deyə kişi bildirib.

Məhkəməyə müraciət edən kişi artıq həyat yoldaşından boşanıb.

Xəbər lenti
0