CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ekspertiza günahsız bilsə də, faydası olmayacaq" - Qoçqani işi "yerindən tərpənib"

© Facebook / Sirus GocxaniSirus Qoçqani əməliyyat zamanı
Sirus Qoçqani əməliyyat zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
"Siruz Qoçqaninin həyat yoldaşı, özünü "saç əkimi" uzmanı kimi təqdim edən Könül Qoçqaninin diplomu saxta çıxıb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Zaman-zaman Azərbaycan mətbuatında gündəmi gözəl əməlləri deyil, əməliyyat etdiyi pasiyentlərin ölümü ilə zəbt edən İran İslam Respublikasının vətəndaşı, plastik-estetik cərrah Sirus Qoçqaninin cərrah olmadan fəaliyyət göstərdiyini iki nazirlikdən alınan məlumat təsdiqlədi. Bəlli oldu ki, Sirus Qoçqani Səhiyyə Nazirliyində sertifikasiyadan keçməyib. Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinə verdiyi sorğuya cavab olaraq isə bildirildi ki, Qoçqaninin tibbi təhsili olsa da, o, cərrah ixtisasına yiyələnməyib.

© Facebook / Sirus GocxaniSirus Qoçqani
Ekspertiza günahsız bilsə də, faydası olmayacaq - Qoçqani işi yerindən tərpənib - Sputnik Azərbaycan
Sirus Qoçqani

S.Qoçqaninin işlədiyi klinikadan da onun fəaliyyəti ilə bağlı ziddiyyətli məlumatlar alınır. Onun bu ölüm faktlarına cinayət məsuliyyət daşıyıb-daşımayacağı sual doğurur. Sputnik Azərbaycan S.Qoçqaninin əməliyyat masasında keçinən iki xəstənin yaxınlarının vəkili Samir Zeynalov ilə həmsöhbət olub:

- Samir bəy, öncə cəmiyyətdə böyük səs-küyə və narahatlığa səbəb olan bu ölüm işləri barədə oxucularımıza məlumat verərdiniz.

- Nəzərinizə bir daha çatdırmaq istəyirəm ki, 11.05.2020-ci il tarixdə "Baku Medical Plaza"nın Babək filialında gerçəkləşən növbəti "plastik-estetik" cərrahiyyə əməliyyatı ölümlə nəticələndi. Arzuedilməz hadisənin qurbanı 1996-cı il təvəllüdlü, 24 yaşlı Qəbələ rayon sakini Musazadə Turanə Tofiq qızı oldu. Əməliyyatı icra edən şəxs, hər kəsə məlum olduğu kimi, sözügedən klinikada 2018-ci ildən qanunsuz fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı Sirus Qoçqanidir. Qeydə alınmış sonuncu ölüm faktı Siruz Qoçqaninin qanunsuz fəaliyyətinə münasibətdə 3-cü bədbəxt hadisədir.

© Sputnik / Zulfiyya GuluyevaVəkil Samir Zeynalov
Ekspertiza günahsız bilsə də, faydası olmayacaq - Qoçqani işi yerindən tərpənib - Sputnik Azərbaycan
Vəkil Samir Zeynalov

Belə ki, adı çəkilən şəxs icra etdiyi uğursuz əməliyyatlar seriyası ilə 2017-ci ilin iyun ayında çalışdığı "Zəfəran Hospital"da model Leyla Oruclunun, 2019-cu ilin may ayında isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-fitzioginekoloqu Sona Gürgün Vəliyevanın həyatına son qoyub. Qeyd edim ki, Sirus Qoçqani Azərbaycanda himayə edilən qanunsuz fəaliyyətinə 2008-ci ildə Xətai Estetik Klinikasında başlayıb.

- Bu ölüm hadisələrindən sonra sözügedən cərraha qarşı cinayət işi açılıbmı? Hazırda hansı hüquqi prosedurlar aparılır?

- Çox təəssüf ki, Sirus Qoçqaninin ilk qurbanı olan Leyla Oruclunun ölüm işi ilə bağlı cinayət hüququ müstəvisində vaxtında zəruri araşdırmalar aparılmadı və iş üzrə yekun olaraq təqsirkar şəxslər məsuliyyətdən kənarda qaldılar. Təqsirkar şəxslər dedikdə Leyla Oruclunun ölümündə Sirus Qoçqani ilə bərabər, həm də onu sertifikasiyasız işə qəbul edən və bu ölümün gerçəkləşməsinə əsassız zəmin yaradan "Zəfəran Hospital"ın rəhbərliyini və digər şəxsləri nəzərdə tuturam. Eyni məsuliyyəti hazırda "Baku Medical Plaza"nın Babək filialının direktoru Pərviz Şükürov da daşıyır. Belə ki, cənab Şükürov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə vicdansız yanaşması səbəbi ilə rəhbəri olduğu klinikada 2 nəfərin (Sona Vəliyeva və Turanə Musazadə) ölümünə şərait yaradıb.

Eyni zamanda tibb müəssisəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə istinadən "işçisi tərəfindən tibbi müdaxilələr zamanı pasiyentə vurulan zərərə" görə məsuliyyəti müəyyən edilmişdir. Hazırda Baş Prokurorun birbaşa nəzarəti altında Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Təqsirkar şəxslərin tezliklə məsuliyyətə cəlb edilməsini istisna etmirəm. Çünki onların təqsirli olmasını müəyyən edən kifayətedici və mötəbər sübutlar mövcuddur. Cinayət-mühakimə icraatı üzrə işlər yekunlaşdıqdan sonra mülki qaydada dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyik.

© Sputnik / Zulfiyya GuluyevaPasiyentlərdən biri
Ekspertiza günahsız bilsə də, faydası olmayacaq - Qoçqani işi yerindən tərpənib - Sputnik Azərbaycan
Pasiyentlərdən biri

- Məhkəmə tibbi ekspertizasının bu ölüm işləri ilə bağlı hansı rəyi var?

- Sonuncu ölüm faktı ilə bağlı məhkəmə-tibbi ekspertizası hələ ki, rəyini prokurorluğa təqdim etməyib. Əslində buna zərurət də yoxdur. Çünki ölümlə nəticələnmiş hər üç əməliyyatı icra etmək üçün Sirus Qoçqaninin cərrah kimi praktiki tibbi fəaliyyətlə məşğul olmağa dair icazəsi (sertifikasiyası) olmayıb. Bu da onu göstərir ki, hər üç pasiyentin həyatı qeyri-peşəkarlıq nəticəsində əsassız riskə məruz qalıb və onlar maddi maraqların qurbanına çevriliblər. Xatırladım ki, Leyla Oruclunun ölümündə ekspertiza Siruz Qoçqanini günahsız bilib. Sona Gürgün Vəliyevanın və Turanə Musazadənin ölüm işlərinə münasibətdə isə bu hal təkrarlanmayacaq. Daha dəqiq desək, ekspertiza son iki ölüm faktına münasibətdə Qoçqanini yenə də günahsız bilsə belə, artıq bunun Qoçqani üçün heç bir faydası olmayacaq. Çünki Sirus Qoçqaninin plastik-estetik cərrah kimi işləməyə dair icazəsi yoxdur.

- Bu ölüm hadisələrindən sonra bu həkimin cərrah olmadığına dair məlumatlar yayıldı. Onun ölkəmizdə həkim fəaliyyəti göstərməsində daha hansı qanunsuzluqlar ortaya çıxıb?

- Tərəfimdən Sirus Qoçqani ilə bağlı Səhiyyə Nazirliyinə ünvanlanan ardıcıl sorğulardan sonra sözügedən məsul qurum 06.03.2020-ci il tarixdə mənə yazılı olaraq bildirdi ki, "Sirus Qoçqani tibb işçilərinin sertifikasiyasından keçməmişdir". Bu da bir daha onu deməyə əsas verir ki, hətta cərrah olsa belə, nəzərə alsaq ki, deyil, Sirus Qoçqani Azərbaycanda bu günə qədər qanunsuz fəaliyyət göstərib və bu qanunsuzluğa rəsmi biganəliyin məntiqi nəticəsi olaraq o, 3 nəfər soydaşımızın həyatına son qoyub.

© Sputnik / Zulfiyya GuluyevaSənəd
Ekspertiza günahsız bilsə də, faydası olmayacaq - Qoçqani işi yerindən tərpənib - Sputnik Azərbaycan
Sənəd

Diqqətinizə çatdırım ki, "Əhalinin Sağlamlığının Qorunması" haqqında qanuna əsasən, hər bir yerli və əcnəbi səhiyyə mütəxəssisi dövlət və ya özəl xəstəxanada çalışmasından asılı olmayaraq ölkə ərazisində praktiki tibbi fəaliyyətlə məşğul olmaq üçün beş ildə 1 dəfə tibb işçilərinin sertifikasiya imtahanından keçməyə borcludur. Sertifikasiya - tibb işçisinin öz peşə ixtisası üzrə praktiki tibbi fəaliyyətə yararlı olub-olmamasını müəyyən edən hüquqi prosesdir. Bu prosesdən keçməyən və ya keçə bilməyən tibb işçilərinin Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən, fəaliyyəti birmənalı olaraq qadağandır.

- Hazırda Qoçqani həkim fəaliyyəti ilə məşğul olurmu?

- Məlum şəxsin hazırda klinikada fəaliyyətini davam etdirməsi ilə bağlı ziddiyyətli məqamlar ortaya çıxdı. Belə ki, "Baku Medical Plaza"nın Babək filialının mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva sonuncu ölüm hadisəsindən sonra klinika adından belə bir açıqlama verərək bildirdi ki, "Sirus Qoçqani artıq əməliyyatlara buraxılmır". Bundan qısa müddət sonra isə Sirus Qoçqaninin həyat yoldaşı və köməkçisi Könül Qoçqani ziddiyyət yaradan açıqlama verərək qeyd etdi ki, "hər deyilənə inanmayın. Həkim işinə davam edir". Yekun olaraq 12.06.2020-ci il tarixdə klinikanın direktoru Pərviz Şükürovla bu barədə əlaqə yaratdığım zaman o, birinci açıqlamaya uyğun məlumat verərək bildirdi ki, "Sirus Qoçqani artıq bizim klnikamızda çalışmır".

Onu da mühüm olaraq vurğulayım ki, Sirus Qoçqaninin həyat yoldaşı, özünü "saç əkimi" uzmanı kimi təqdim edən Könül Qoçqaninin diplomu da saxta çıxıb. Belə ki, Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytından əldə etdiyim çıxarış məlumata əsasən müəyyən edilib ki, Ukraynanın Luqansk Milli Tibb Univerisiteti tərəfindən Könül Qoçqaniyə verilmiş "Dİ 000786" nömrəli, 27.05.2009-cu il tarixli mütəxəssis diplomu dövlət nümunəli deyil.

Xəbər lenti
0