CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il uçmuş yol istifadəyə verildi

© Sputnik / Irade JELILBibiHeybət yolunda vəziyyət
BibiHeybət yolunda vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Bibiheybət pirindən bir qədər aralı baş vermiş və dağıntılar 200-300 metrə yaxın ərazini əhatə etmişdi

BAKI, 24 iyun — Sputnik. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yol dünən gecədən istifadəyə verilib. Gecə yol asfaltlanıb və artıq yoldan şəhərə giriş-çıxış tam bərpa olunub.

Xatırladaq ki, ötən il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi nəticəsində yol çökmüş və təhlükəli vəziyyət yaranmışdı. Hadisə Bibiheybət pirindən bir qədər aralı baş vermiş və dağıntılar 200-300 metrə yaxın ərazini əhatə etmişdi.

Xəbər lenti
0