CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazandıqları burunlarından gələcək! "Azəri" karantin qaydalarını kobud şəkildə pozdu

© Sputnik / Zulfiyya GuluyevaBakıda vəziyyət, 18 may 2020-ci il
Bakıda vəziyyət, 18 may 2020-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 23-də saat 18:30 radələrində Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsində fəaliyyət göstərən "Azəri" kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

BAKI, 24 iyun — Sputnik. Paytaxtın Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Tükiyədə vəziyyət 10.04.2020 - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin reydi keçirildi: Obyektlərin yarıdan çoxu tələblərə riayət etmir

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü PB əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə iyunun 23-də saat 18:30 radələrində Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsində fəaliyyət göstərən "Azəri" kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi H.Məhərrəmov 1500 manat, digərləri 200 manat cərimə olunublar.

Xəbər lenti
0