BAKI, 24 iyun — Sputnik. Belarus lideri Aleksandr Lukaşenko Moskvada Qələbə Paradının qonaqları ilə danışıb və onlara cansağlığı arzulayıb. Bu barədə çərşənbə günü Sputnik radiosu xəbər verib.
"Gəldiyiniz üçün çox sağ olun, dostlar. Təşəkkür edirik", - deyə tribunadan xarici liderlərə səsləniblər.
"Vətənimizin paytaxtına gəlmişik! Qalib gələcəyik, davam gətirəcəyik, xəstələnməyin!" - Belarus prezidenti cavab olaraq deyib.
Builki paradda iştirak üçün Moskvaya Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Serbiya liderləri səfər edib.