Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan "Kontrabas"ını Rusiyada təqdim edəcəklər

© Photo : Facebook / Şövqi HüseynovМоноспектакль Азербайджанского государственного театра юного зрителя "Контрабас"
Моноспектакль Азербайджанского государственного театра юного зрителя Контрабас - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc Tamaşaçılar Teatrının Patrik Züskindin eyniadlı əsəri əsasında səhnələşdirilmiş tamaşası payızda Vladimirdə keçiriləcək festivalın proqramına daxil edilib.

BAKI, 23 iyun — Sputnik, Kəmalə Əliyeva. Bir çox ölkələrdə göstərilən və tamaşaçılardan müsbət rəylər alan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Kontrabas" monotamaşası Rusiyanın "U Zolotıx vorot" festivalında iştirak edəcək.

Оперные певцы Анна Нетребко и Юсиф Эйвазов, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artistləri karantin vaxtı Vyanaya konsertə tamaşa etməyə gediblər

Tamaşa 18 sentyabr-2 oktyabr 2020-ci il tarixlərində keçiriləcək VI Ümumrusiya Teatr Forumu çərçivəsində təqdim olunacaq.

Monotamaşa Patrik Züskindin "Kontrabas" adlı əsəri əsasında hazırlanıb. Tamaşada Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatının laureatı Şövqi Hüseynov iştirak edir.

Tamaşa İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və hətta Kolombo (Şri-Lanka) Beynəlxalq Teatr festivallarının mükafatlarına layiq görülüb.

2019 – cu ildə "Kontrabas" "Ostrovski-FEST" kamera teatrlarının Birinci Beynəlxalq festivalında tamaşaçı rəğbəti mükafatına layiq görülüb.

"U Zolotıx vorot" festivalı Vladimirdə 2010-cu ildən keçirilir. Festival çərçivəsində təkcə tamaşalar nümayiş etdirilmir, həm də teatr mühazirələri, məşhur aktyor və rejissorlarla görüşlər, master-klasslar təşkil edilir.

Xəbər lenti
0