BAKI, 23 iyun — Sputnik. Bişkekin bir may rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin 11 il və 2 a müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Sabiq dövlət başçısı kriminal avtoritet Aziz Batukayevin qanunsuz azad olunması üzrə korrupsiyada günahkar bilinib.
Atambayev dövlət mükafatları və mülklərindən məhrum ediləcək.
Məhkəmə işə ötən ilin noyabrında baxmağa başlayıb, proses qapalı aparılıb. Sabiq prezident dinləmələrdə iştirak etməkdən və son söz deməkdən imtina edib.