Karantində ailə quranların sayı açıqlandı

© AFP 2024 / LIONEL BONAVENTURE Молодая супружеская пара, фото из архива
 Молодая супружеская пара, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nikahı isə daha çox nazirliyin Şəmkir, Tovuz və Beyləqan rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri qeydə alıblar

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. "Cari ilin may ayında qeydiyyat orqanlarında 12.558 doğum, 208 adın, ata adının və soyadın dəyişdirilməsi, 1.615 nikah qeydə alınıb".

Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.. Qeyd olunub ki, doğumu daha çox nazirliyin Cəlilabad, Şəmkir və Lənkəran rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri qeydə alıblar.

Nikahı isə daha çox nazirliyin Şəmkir, Tovuz və Beyləqan rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri qeydə alıblar.

Xəbər lenti
0