Azərbaycanda koronavirusun tüğyan etdiyi ərazilər

© AP Photo / Andre PennerПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda ötən həftə koronavirusa yoluxanların 50,2 faizi Bakının payına düşürdüsə, hazırda bu rəqəm 52 faiz təşkil edir.

BAKI, 23 iyun — Sputnik. Bakı şəhəri üzrə koronavirusa yoluxma halları artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Yasamal və Xətai rayonlarında olub.

Paytaxt üzrə yoluxanların 12,3 faizi Binəqədi, 12,2 faizi Yasamal, 12,2 faizi isə Xətai, 11,7 faizi isə Sabunçu, 10,9 faizi Nəsimi, 9,2 faizi Suraxanı 8,8 faizi Nərimanov, 7,9 faizi Nizami, 6 faizi Qaradağ, 4,3 faizi Xəzər, 4,2 faizi Səbail, 0,3 faizi Piralladı rayonlarının payına düşür.

Azərbaycanda ötən həftə koronavirusa yoluxanların 50,2 faizi Bakının payına düşürdüsə, hazırda bu rəqəm 52 faiz təşkil edir. Ölkə üzrə ikinci ən çox yoluxma 15,3 faizlə Abşerondadır. Üçüncü yerdə 10,3 faizlə Gəncə-Qazax zonasıdır. Yoluxmanın 8,1 faizi Aranda, 6,4 faizi Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 1,9 faizi xaricdən gələnlərdir. Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Quba-Xaçmaz, 1,5 faizi Şəki-Zaqatala, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində, 1,5 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,03 faizdir.

Xəbər lenti
0