CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarpızı kəsirsən, içindən... milçək çıxır

© Sputnik / Tomas Thaytsuk / Mediabanka keçidСбор дынь и арбузов
Сбор дынь и арбузов - Sputnik Azərbaycan
Abunə olmaq
İnkişafını bitirən sürfə yemişin içərisində də puplaşa bilir. 10-15 gündən sonra baramalardan yeni nəslin milçəkləri uçmağa başlayır. İl ərzində 2 nəsil verir

BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Sputnik Azərbaycan xəbər verir ki, AQTA-nın budəfəki maarifləndirici mövzusu "Qarpız və yemiş bitkisinin ən təhlükəli zərərvericisi - Yemiş milçəyi" haqqındadır.

Alma və banan, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ölümcül təhlükə: bunları bananla yeməyin

Mövsümün ən sevilən bostan bitkilərindən olan qarpız və yemişin faydalı xüsusiyyətləri çoxdur. Qarpız və yemiş karbohidrat, mineral duz və vitaminlərlə zəngindir. Ümumiyyətlə bostan bitkiləri yüngül mexaniki tərkibli, münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyüb inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Yüksək məhsuldarlıq əldə etmək üçün aqrotexniki tədbirlərin, optimal qida və su rejiminin düzgün tətbiq olunması çox vacibdir. Aqrotexniki becərmə tədbirlərinin düzgün yerinə yetirilməsi ilə yanaşı, məhsulun xəstəlik və zərərli orqanizmlərdən qorunması da vacib amillərdəndir.

Ən təhlükəli zərərvericilərdən olan yemiş milçəyi (Myiopardalis pardalina Big) qabaqkimilər fəsiləsinə aid olan bitkilərə, xüsusən də yemişə ziyan vuraraq 50-70%, bəzi illərdə isə daha çox məhsul itkisinə səbəb olur. Qeyd edək ki, yemiş milçəyi Aran zonasında (Saatlı, Sabirabad, Kürdəmir və İmişli rayonları) daha geniş yayılıb. Bu zərərverici ikiqanadlılar (Diptera) dəstəsi, əlvan qanadlılar (Tephritidae) fəsiləsinin nümayəndəsidir. Milçək sarı rəngdədir, kürəyində parlaq qara ləkə vardır. Sürfəsi ağ rəngli olub, ayaqsızdır və uzunluğu 10 mm-dir. Zərərverici yalançı barama halında torpağın 2-18 sm dərinliyində qışlayır. Yemiş bitkisinin çiçəkləmə fazasında milçəklərin yalançı baramalardan uçması başlayır. Onlar yemiş meyvəsini deşərək oradan çıxan şirə ilə qidalanır. Dişi fərdlər yalançı baramadan çıxandan 5-6 gün sonra yumurtalarını yeni əmələ gəlmiş meyvələrin qabığı altına tökür. Bir dişi fərd 25-ə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtanın embrional inkişafı 3-5 gün çəkir.

Ежегодная медовая ярмарка в Баку - Sputnik Azərbaycan
Evdə ikən həm də saxta balın səhhətinizə vura biləcəyi ziyanlardan xəbərdar olun
 Yumurtalardan çıxmış sürfələr 10-18 gün yemişin lətli hissəsi ilə qidalanır və orada izlər açır, hətta toxuma qədər gedib, onunla da qidalanır. İnkişafını başa çatdırmış sürfələr torpağa keçərək puplaşır. Qeyd edək ki, inkişafını bitirən sürfə yemişin içərisində də puplaşa bilir. 10-15 gündən sonra baramalardan yeni nəslin milçəkləri uçmağa başlayır. İl ərzində 2 nəsil verir.

Xəstəlik və zərərvericilərdən mühafizə məqsədilə bütün aqrotexniki qaydalara vaxtında və düzgün riayət olunması vacib şərtdir. Yəni növbəli əkin sisteminə əməl edilməlidir. Eləcə də məhsul yığıldıqdan sonra dərin dondurma şumu aparılmalıdır. Uyğun pestisidlərdən istifadə etməklə yemiş milçəyinə qarşı mübarizə aparılması səmərəlidir. Pestisidləri növbələşdirməklə (məsələn: karbosulfan (3 l/ha), malation (190 q/l), fenthion (525 q/l), diazinon (185 q/l) preparatı) çiləmə aparılması məsləhət görülür. Bu hər 7-12 gündən bir təkrar edilməlidir. Hər hektara 250-300 litr məhlul çilənməlidir. Çiləmələr çiçəkləməyə yaxın başlanmalı və yığıma 25-30 gün qalmış dayandırılmalıdır.

Hazırda zərərvericinin birinci nəslinin fəal olduğunu nəzərə alaraq, yüksək məhsuldarlıq əldə etmək üçün mübarizə tədbirlərinin aparılması tövsiyə olunur.

Xəbər lenti
0