CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sms-lə hava ala bilərsiniz, amma dənizə girəcəyiniz sual altında

© Sputnik / Murad OrujovОткрытие пляжного сезона в Баку, фото из архива
Открытие пляжного сезона в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib

BAKI, 22 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) sərtləşdirilmiş karantin elan olunan ərazilərdə çimərliklərdən istifadənin qarşısını almaqla bağlı tədbirlərə başlayıb. Sputnik Azərbaycan nazirliyin Mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib:

"Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.

Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq".

Xəbər lenti
0