ABŞ-da "taxtdan endirilmə" növbəsi daha bir prezidentə çatdı

© AP Photo / Mary AltafferPrezidenti Teodor Ruzveltin tunc abidəsi
Prezidenti Teodor Ruzveltin tunc abidəsi  - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun illərdir fəallar irqi ayrı-seçkiliyin və müstəmləkəçiliyin rəmzinə çevrilmiş bu abidənin əleyhinə çıxıblar.

 

BAKI, 22 iyun — Sputnik. Nyu-Yorkda ABŞ-ın 26-cı Prezidenti Teodor Ruzveltin tunc abidəsi söküləcək. Sputnik Azərbaycan "The New York Times" qəzetinə istinadən xəbər verir ki, abidə Amerikanın Təbiət Tarixi Muzeyinin girişində 1940-cı ildə ucaldılıb.

Abidə üç əsas elementdən ibarətdir: at üstündə oturan Ruzvelt, atın yanında isə bir tərəfdə hindu, digər tərəfdə afrikalı dayanıb.

Qeyd edilir ki, abidənin sökülməsi haqqında qərarı muzey qəbul edib, Nyu-Yorkun rəsmiləri isə qərarla razılaşıblar.

Uzun illərdir fəallar irqi ayrı-seçkiliyin və müstəmləkəçiliyin rəmzinə çevrilmiş bu abidənin əleyhinə çıxıblar. Abidənin sökülməsi haqqında qərar ABŞ-da baş verən irqçiliyə qarşı etirazlar fonunda qəbul edilib.

Muzeyin himayəçisi olan Ruzveltin nəticəsi də abidənin sökülməsinə razılıq verib.

Abidənin sonrakı taleyi barədə hələlik heç nə məlum deyil.

Afroamerikalı Corc Floydun ABŞ polisi tərəfindən saxlanılarkən ölməsindən sonra baş verən etirazların fonunda Vətəndaş Müharibəsi dövrünün cənublularına aid abidələrin sökülməsinə başlanılıb. Bu, həm də Amerikanı kəşf etmiş Xristofor Kolumbun heykəllərinə şamil olunub. Solçu fəallar Kolumbu Amerikanın yerli əhalisini qırmaqda ittiham edirlər.

Xəbər lenti
0