Koreyada koronavirusun ikinci dalğası başladı

© REUTERS / Kim Kyung HoonСитуация в связи с эпидемиологической обстановкой в Корее
Ситуация в связи с эпидемиологической обстановкой в Корее - Sputnik Azərbaycan
Abunə olmaq
Seul şəhər rəhbərliyi vətəndaşlara xəbərdarlıq edib ki, yaxın üç gündə gündəlik yoluxma halları 30-u keçərsə və ya çarpayı yerlərinin 70%-i dolarsa, ölkədə sosial təcrid rejimi tətbiq oluna bilər

BAKI, 22 iyun — Sputnik. Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzinin (KCDC) rəhbəri Çon In Qen bildirib ki, ölkənin paytaxtı Seulda və onun ətrafında koronavirus pandemiyasının ikinci dalğası başlayıb. Bu barədə Sputnik Azərbaycan "Yonhap News Agency"yə istinadən xəbər verir.

Вакцина от коронавирус, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
"Bizim koronavirusa qarşı peyvəndimizin təsiri 2 ildən çox olacaq"

Çon In Qen qeyd edib ki, KCDC ikinci dalğanın payız və ya qışda baş verməsini gözləyirdi, lakin onun proqnozu düz çıxmayıb.

Qurumdan vurğulanır ki, insanlar bir-biri ilə sıx şəkildə kontaktda olduğu təqdirdə infeksiyanın yayılması davam edəcək.

Seul şəhər rəhbərliyi isə vətəndaşlara xəbərdarlıq edib ki, yaxın üç gündə gündəlik yoluxma halları 30-u keçərsə və ya çarpayı yerlərinin 70%-i dolarsa, ölkədə sosial təcrid rejimi tətbiq oluna bilər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9 milyonu keçib, 468 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0