Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qısqanclıq zəminində dəhşətli qətl – Anasını ürəyindən bıçaqladı

© Sputnik / Murad OrujovМужчина с ножом, иллюстративное фото
Мужчина с ножом, иллюстративное фото - Sputnik Azərbaycan
Abunə olmaq
1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib. İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində  törədib.

BAKI, 21 iyun – Sputnik. Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb. 

Sputnik Azərbaycan APA-ya istinadla məlumat verir ki, hadisə şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib. 

1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib. 

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində  törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil. 

Hadisəni törədən E.Hacıyev polisə təslim olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb.

Xəbər lenti
0