BAKI, 21 iyun – Sputnik. “Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xalq Bank-dan məlumat daxil olub.
Məlumatda bildirilir ki, ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub: “Valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov köməyə atılıb. Şahidlərin sözlərinə görə Yusif uşaqlara üzüb çataraq onları xilas edib, amma özü həlak olub”.
Yusif Məmmədov bu gün doğulduğu İmişli rayonunda dəfn edilib.
Qeyd edək ki, “Mərkəz” filialının direktoru ailəli idi, iki azyaşlı övladı var.