BAKI, 21 iyun – Sputnik. İslandiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ iyunun 20-də Bakı vaxtı ilə saat 23:26-da (UTC ilə 19:26) qeydə alınıb. Yeraltı təkanların episentri Reykyavik şəhərindən 86 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Təkanlar paytaxtda da hiss edilib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.