CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə yas mərasimləri necə idarə olunmalıdır?

© Sputnik / Murad OrujovАхунд мечети «Тезепир» Гаджи Мирджафар Эюбов
Ахунд мечети «Тезепир» Гаджи Мирджафар Эюбов - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər Əyyubov deyir ki, yas mərasimlərini müəyyən şərtlər çərçivəsində idarə etmək mümkündür
Mircəfər Əyyubov: “Dini mərasimlərə nəzarət mexanizmləri tətbiq edilir”

Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər Əyyubov Sputnik Azərbaycan-a deyir ki, kütləvi toplaşma halları ümumi problemdir:

“Toplaşma qaydalarını idarə etmək olar. Zatən məscidlərə, dini mərasimlərə nəzarət mexanizmləri tətbiq edilir. Yas mərasimlərini də müəyyən şərtlər çərçivəsində idarə etmək mümkündür. Pandemiya uzun müddət davam edə bilər. Ona görə də dini tədbirlərdə toplaşma qaydalarının mexanizmləri haqqında məsul şəxslər daha yaxşı düşünə bilərlər”.

Mircəfər Əyyubovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0