Kasıb turistləri ölkəyə buraxmayacaqlar

CC BY 2.0 / Visions of Domino / Остров Тау, Таиланд
Остров Тау, Таиланд - Sputnik Azərbaycan
Abunə olmaq
Tailand hökuməti bildirib ki, Phuket, Samui, Panqan və Phi-Phi adalarındakı 4 və 5 ulduzlu otellərdə nömrə bron edənlərə üstünlük veriləcək

BAKI, 21 iyun — Sputnik. Tailandın Turizm və İdman naziri Phiphat Ratçakitprakarn bəyan edib ki, koronavirus pandemiyası səbəbilə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra ölkə varlı turistlərə istiqamətlənəcək. Sputnik Azərbaycan Bloomberg-ə istinadən bildirir ki, zəngin olmayan səyyahların ölkəyə gəlişi “dövlət protokolu” konsepsiyasına daxil deyil. 

Tailand hökuməti bildirib ki, Phuket, Samui, Panqan və Phi-Phi adalarındakı 4 və 5 ulduzlu otellərdə nömrə bron edənlərə üstünlük veriləcək. Onun fikrincə, gələn mövsüm – yəni noyabrdan fevraladək - ölkəyə cəmi 10 milyon turist gələcək. Bu isə 2019-cu ildə Tailandda istirahət edənlərin dörddə biridir.

Мужчина на пляже в Барселоне, фото из архива - Sputnik Azərbaycan
Səyahəti sevənlər üçün: əvvəl həkim, sonra viza, pul qalsa - bənövşəyi nişanı görmək

Nazir vurğulayıb ki, turist axınının bu cür azalması ətraf mühit və çimərliklərə bərpa olunmağa yardım edəcək. O xatırladıb ki, karantin dövründə qumlu sahillərə tısbağalar qayıdıb, dəniz inəkləri (lamantinlər) də sahil yaxınlığında müşahidə olunub. Hətta çəhrayı delfinləri də görən olub.

“Əgər biz bu sahədə ən böyük fürsəti əldən qaçırsaq, Tailand uduzacaq. Bu, bütün turizm sistemini yeniləməyə imklan verəcək”,  - Ratçakitprakarn deyib.

Tailand adaları karantin səbəbindən iyunun 30-dək bağlıdır. Bundan sonra krallıq sərhədlərini Avstraliya, Yaponiya və Çinin bəzi əyalətlərindən olan səyahətçilər üçün açmağı planlaşdırır. Nazir bildirib ki, turistlər onlarda koronavirusun olmadığını təsdiqləyən sənədlər təqdim etməli olacaqlar. Oraya gələnlər isə seçdikləri adada 14 gün qalmağa məcburdurlar.

İyunun 11-də Tailandda son 3 həftə ərzində ilk dəfə COVID-19-a yeni yoluxma olmadığı bildirildi. Burada söhbət infeksiyanın insandan-insana keçməsindən gedirdi: son zamanlar yoluxma halları Tailandda ancaq kənardan gələnlərdə müşahidə olunurdu, həmin adamların hamısı karantinə alındı.

İyunun 20-nə olan məlumata görə, Tailandda indiyədək 3147 koronavirusa yoluxma halı aşkarlanıb. 58 nəfər COVID-19-dan dünyasını dəyişib.

 

Xəbər lenti
0