BAKI, 21 iyun – Sputnik. Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 4 947 koronavirus testi aparılıb.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 049 test aparılıb.