CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tibbi arayışla Bakıya gəlmək mümkündür, amma...

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan
Abunə olmaq
"Son günlər 200-dən artıq şəxs tibbi arayışla karantin postlarını keçib. Onların böyük əksəriyyəti Siyəzəndən tibbi arayışla Bakıya gələnlərdir"

BAKI, 20 iyun — Sputnik. Rayonlardan Bakıya tibbi arayışla gəlmək mümkündür. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, həmin şəxslərə tibb müəssisəsinə gəlmək üçün şərait yaradılır: "Son günlər 200-dən artıq şəxs tibbi arayışla karantin postlarını keçib. Onların böyük əksəriyyəti Siyəzəndən tibbi arayışla Bakıya gələnlərdir. Çox təəssüf ki, onların arayışında xəstəlik səbəbi göstərilmir. Mən TƏBİB-dən xahiş edirəm ki, bunu da nəzərə alsın. Çünki bu məqamdan sui-istifadə halları da az deyil".

Kamran Əliyev həmçinin bildirib ki, rayonlara gedib-gələn icazəli şəxslərin karantin postlarında hərarətinin ölçülməsi mümkündür: "Hələ ki, postlarda bu nəzərdə tutulmayıb. Amma özündə hərarət hiss edən şəxs polis əməkdaşına yaxınlaşaraq məlumat verərsə, dərhal əraziyə tibbi yardım briqadası çağırıla bilər".

Xəbər lenti
0