CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevinc Səfərova: "Bütün dünya Amerikanın mədəni əsirinə çevrilib"

© Photo : Courtesy of Sevinj SafarovaSevinc Səfərova
Sevinc Səfərova - Sputnik Azərbaycan
Abunə olmaq
"Tanınmış rejissor Oliver Stoundan birgə film çəkilməsinə ssenarist kimi dəvət almışam. Təbii ki, belə halda qürur duyur, nə qədər dəyərli olduğunu anlayırsan".

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. O, Kaliforniyada Beynəlxalq Mədəniyyət Mərkəzinin direktorudur. Mütəmadi olaraq Azərbaycanla bağlı layihələr edir, Amerikada mədəniyyətimizin təbliğatı ilə məşğul olur. Sputnik Azərbaycan-ın müsahibi rejissor, ssenarist Sevinc Səfərovadır.

- Sevinc xanım, Los-Ancelesdən son vaxtlar yaxşı olmayan məlumatlar gəlir. Qaradərili vətəndaşın ölümü ilə bağlı iğtişaşlarda hər gün bir iaşə obyektinin yandırılması, oğurluq, quldurluq xəbərləri eşidirik. Vəziyyətin içində olan biri kimi hadisələri necə xarakterizə edərdiniz?

- Hazırda burada vəziyyət bir qədər qarışıqdır. Əslində Amerika polisləri mülayim, insanpərvər, səxavətlidirlər, yəni insanlarla xoş rəftar edirlər. Bu ölkədə daha çox insanpərvərliyə önəm verilir. Onlar insanlara ədalətlə xidmət edəcəklərinə dair konstitusiyaya and içirlər və buna da əməl edirlər. Təbii ki, pis niyyətli insanlar hər yerdə var. Heç kim ideal deyil, bəzən insan yanlışlığa da yol verə bilir. 

Cəlaləddin Qasımov Şollerin arxivi filminin çəkilişində - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı rejissorun filmi növbəti uğurunu Hollivudda qazandı - VİDEO

- Hadisə necə baş vermişdi?

- Bilirsiniz ki, Amerikada bir çox millətlər yaşayır. Burada qaradərili insanlar kifayət qədərdir. Onlardan biri mağazaya daxil olaraq satıcıya 20 dollar pul verib. Verdiyi pul saxta olduğu üçün mazağa sahibi polisləri çağırıb və bu polis də həmin insanı 8 dəqiqə tutduqdan sonra tabe olmadığı üçün yerə yıxaraq, dizini onun başının üzərində saxlayıb. Həmin insan nəfəs çatışmazlığından dünyasını dəyişib.

Bu hadisədən sonra Amerikada, xüsusən də Los-Ancelesdə qaradərili insanlar üsyanlara başladılar. Tarixi abidələri yandırır, brend mağazalardan oğurluq edirlər. İrqçilik məsələsini gündəmə gətirib, dünyasını dəyişən insanın haqqını tələb etmək adı ilə vandalizmlə məşğuldurlar. Əslində pandemiya başlayanda hər kəs buna hazır idi. Bütün silah mağazaları artıq boşalmışdı. Koronavirus pandemiyasının yayıldığı dönəmdə belə bir xəbər gəzirdi ki, aclıq olsa, insanlar hərəkətə keçəcəklər. Karantin qaydalarının yumşaldılması ilə bağlı elan olundu ki, bir müddətdən sonra mağazalar, mollar açılacaq. O zaman bu insanlar belə qərara gəldilər ki, hər yeri yandırsınlar və ölkəyə zərər vursunlar.

Hesab edirəm ki, bu üsyanların kökündə əsas məqsəd oğurluqdur. Yaşadığımız yerdə - Santa-Monikada, ən məşhur brend mağazalar yandırılır, satış mərkəzləri dağıdılır, onlara zərər vurulur. Təkcə Santa-Monika deyil, Beverli Hilz, Daun Taun, Rader Drayv çox dağılıb. Los-Ancelesdə bu üç yeri viran qoyublar. Ən bahalı məhsullar oğurlanaraq yandırılır. Məşhur küçələrdə yanğınlar törədilir, maşın mağazalarından maşınlar oğurlanır, apteklər dağıdılır. Amerika ordusu bu üsyanın qarşısını almağa çalışır, ölkədə komendant saatı elan olunub.  Milli qvardiyanın əsgərləri vəziyyətə nəzarət etməyə çalışırlar. Ölkəyə bu qədər ziyan vurduqdan sonra ümid edirik ki, bir az da olsa sakitləşəcəklər.

Фрагмент из фильма Пираты Карибского моря: Мертвецы не рассказывают сказки - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Papaq altda oğullar yatır: azərbaycanlılar hollivuddakılardan heç də pis deyillər - VİDEO

- Los-Ancelesdə koronavirusla bağlı mübarizə hansı istiqamətdə aparılır və insanlar bu mübarizədə dözümlülük göstərirlərmi?

- Koronavirus artıq 2 aydır davam edir və bütün ölkələrdə olduğu kimi ABŞ-da, Los-Ancelesdə də bu pandemiya ilə mübarizə aparılır. Təbii ki, burada insanlar çox aktivdirlər, məncə, izolyasiyada oturmaqdan artıq hər kəs bezib və müəyyən mitinqlər baş tutub. Mitinqdə insanlar bu cür gizlənməyin düzgün olmadığını, iş həyatına dönmək istədiklərini bildiriblər.

- Bir az da sənətdən danışaq. Hollivud kino sənayesinin sürətli inkişafı göz önündədir. Bu prosesin içində olan biri kimi nədən başlayıb və onlar bu inkişafa necə nail olublar?

- Təbii, bilirsiniz ki, kino sənayesinin sürətli inkişafı hər halda peşəkarlıqdan qaynaqlanır. Peşəkar olmaq keyfiyyətli iş deməkdir və filmə ayrılan pulu mənimsəməyib filmə sərf etməkdən asılıdır.

1930-cu ilin iqtisadi böhranı zamanı çoxları problemdən qaçmaq üçün yeni yaranan kinoteatra üz tuturdular. ABŞ prezidenti Franklin Delano Ruzveltin marağına səbəb olan bu fakt ABŞ hökumətinin “film diplomatiyası” başlatması üçün bir siqnal oldu. Həmin dövrdən başlayaraq ABŞ siyasətində bu istiqamət formalaşdı. Bu diplomatiya öz effektini bu gün də göstərməkdədir və ABŞ-ın film sənayesinin beynəlxalq münasibətlərə təsiri çox böyükdür.

Heç kəs Hollivudun dünyadakı təsirini inkar edə bilməz. Kino insan həyatının ayrılmaz hissəsidir. Hər yerdə ABŞ filmləri Amerika həyat tərzini, mədəniyyətini və təfəkkürünü təbliğ edir və beləcə, dünya istəmədən ABŞ-ın uğurlu “film diplomatiyası”nın obyektinə çevrilir. ABŞ “film dipomatiyası” ilə amerikansayağı qloballaşmanı təbliğ edib. Nəticədə bütün dünya Amerikanın “yumşaq güc”ü vasitəsi ilə mədəni əsirə çevrilərək, hələ də amerikanlaşmaqdadır.

Теймур Гаджиев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı rejissorun filmini Kannın əjdahaları ələkdən keçirəcəklər

Amerikanın film sektoru bütün yaşda olan insanları nəzərə alır. Balacalar üçün “Tom and Jerry”, “Bugs Bunny” kimi çoxseriyalı cizgi filmləri Amerika mədəniyyətini təbliğ edir, birbaşa hər bir ailəyə ixrac olunur. Yeniyetmələrə “Batman”, “Superman”, “Spider-Man” kimi filmlər Amerika mədəniyyətini sevdirir. Tanınmış “The Simpsons” cizgi filmi hər bir əcnəbi ailəyə Amerika mədəniyyətini, dəyərlərini, kişi-qadın, uşaq münasibətlərini, bir ailənin hansı haqlara sahib olduğunu göstərir, buna baxanlar asanlıqla Amerika mədəniyyətinin daşıyıcısına çevrilirlər. Nəticədə qloballaşmada öz milli dəyərlərini itirib, yad mədəniyyətin əsiri olurlar.

- Los-Anceles bir rejissor və ssenarist kimi özünüzü inkişaf etdirməkdə necə rol oynayır?

- Los-Ancelesdə yaşamağın özü bir ssenaridir. Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhəri dünya kino industriyasının beşiyi sayıldığı üçün dünyanın ən güclü kino rejissorları və ssenaristləri burada yetişib və yetişməkdə davam edir. Dünyada çəkilən ən bahalı filmlər elə ABŞ-da qeydə alınıb. 

Dünyanın  ən nəhəng kinostudiyaları Los Ancelesdə yerləşir - “Warner Brothers“, ”Paramount Pictures”, ”Universal Pictures”, ”Sony “20th Century Fox” və sair. Təbii ki, burada təhsil alarkən yuxarıda qeyd etdiyim studiyalarda sərbəst şəkildə kino çəkilişlərində iştirak edirsən, bu da mənə imkan verib ki, bu sahədə təcrübəmi daha da təkmilləşdirim. Bu durum böyük şanslar yaradır!

Burada müəyyən tədbirlərə tanınmış, dünya səviyyəsində olan rejissorlar dəvət edilirlər, onlarla görüşüb, məsləhətlərindən faydalana bilirsən.

Ceyhun Dadaşov: "İnanmıram ki, bu dövr bizdə iz qoyacaq">>

Onu da qeyd edim ki, tanınmış rejissor Oliver Stoundan birgə film çəkilməsinə ssenarist kimi dəvət almışam. Təbii ki, belə halda qürur duyur, nə qədər dəyərli olduğunu anlayırsan. ABŞ insana özgüvən və gözəl həyat bəxş edir.

-  Ötən mövsüm ən son filminiz olan “7 nömrəli mənzil” i çəkmək üçün Bakıya gəldiniz. Maraqlıdır, nə üçün məhz orada çəkmədiniz?

- Dünyanın harasına getsəm də azərbaycanlı olduğumu unutmuram. Azərbaycanımla fəxr edirəm və Azərbaycanda dəyərli aktyorlarımız var ki, onları fərqli obrazda görmək və dünyaya  öz filmimizlə çıxmaq arzum olub. Bu səbəbdən filmi Bakıda çəkmək qərarına gəldim. Ssenari o qədər mükəmməl idi ki, obrazı yaratmaq üçün məhz azərbaycanlı olmaq lazım idi.

Xəbər lenti
0