BAKI, 20 iyun — Sputnik. “Koronavirus testinin cavabını indilərdə aldım. Təəssüf ki, nəticə pozitivdir”.
Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında deputat Sahib Alıyev deyib.
Deputat koronavirusa yoluxduğunu bildirib: “Təəssüf ki, testin nəticəsi pozitiv çıxıb. Dünən özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim. Nəticə pozitiv çıxdı”.
Qeyd edək ki, bir qədər öncə S.Alıyev koronavirusa yoluxması haqda sosial şəbəkədə yayılan xəbərləri təkzib etmişdi.