Qaradərilinin qətli dondurmanın adını dəyişdirdi

© Sputnik / Maksim Blinov / Mediabanka keçidЦех производства мороженого
Цех производства мороженого - Sputnik Azərbaycan
Abunə olmaq
Eskimo hələ XX əsrin əvvəlində Kristian Nelson və konditer Rassel Stover tərəfindən patentləşdirilib. Onlar 1922-ci ildə öz kəşflərini patentləşdirib, daha sonra müəssisəni satıblar

BAKI, 20 iyun — Sputnik. İsveçrənin "Nestle" şirkətinin törəmə firması olan ABŞ-ın "Dreyer's" şirkəti eskimosların diskriminasiyası ilə bağlı "eskimo" adından imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri şirkətin baş marketoloqu Elizabel Markesə istinadən xəbər verir.

"Biz irqi bərabərlik işinə sadiqik və hesab edirik ki, bu termin alçaldıcıdır", - deyə Markes qeyd edib.

"Eskimo Pie" deserti dondurma və şokolad qlazurdan ibarətdir.

Nəşrin məlumata görə, eskimo hələ XX əsrin əvvəlində Kristian Nelson və konditer Rassel Stover tərəfindən patentləşdirilib. Onlar 1922-ci ildə öz kəşflərini patentləşdirib, daha sonra müəssisəni satıblar. 2007-ci ildə bu müəssisəni "Dreyer's" alıb. Məhsulun loqotipi və reklamında ənənəvi kürkdə olan oğlan - eskimos istifadə olunur.

Rus-eskimos lüğətinin tərtibçisi, eskimos dili və ədəbiyyatından dərs deyən Natalya Radunoviç isə RİA Novosti-yə açıqlamasında Çukotkada yaşayan eskimoslar üçün dondurmanın adının alçaldıcı termin olmadığını bildirib. Onun sözlərinə görə, eskimoslar da Kanada, Qrenlandiya və Alyaskada yaşayan yerli xalqlar kimi özlərini inuitlər adlandırırlar.  

Qeyd edək ki, mayın sonlarında ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yerli sakin Corc Floyd saxta əskinasla alver etdiyi şübhəsi ilə həbs olunarkən ona qarşı polis zor tətbiq edib. Zabitin dizi altında sıxılan Floyd bir neçə dəfə boğulduğunu, nəfəs aldığını desə də, polislər ona məhəl qoymayıblar. Nəhayətdə xəstəxanaya çatdırılan afroamerikalı orada dünyasını dəyişib. Onun qətlindən sonra ABŞ-ın onlarla şəhərində, eləcə də dünyanın müxtəlif bölgələrində polis zorakılığı və irqçiliyə qarşı nümayişlər, iğtişaşlar başlanıb. 

Xəbər lenti
0