CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Data jurnalistika: Yazınız dillər əzbəri olsun deyə...

© Pexels Negative SpaceДевушка сидит за компьютером, фото из архива
Девушка сидит за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
SputnikPro çərçivəsində növbəti vebinarın spikeri nəticələri başqa KİV-lər üçün də maraqlı, istinad mənbəyi olacaq araşdırmaları apararkən nələri vurğulamağın gərəkdiyini açıqlayıb.

BAKI, 20 iyun — Sputnik. İnsanlar pulu sevirlər. Bu mövzu həmişə aktualdır. Populyarlığına görə ikinci yerdə sağlamlıq, üçüncü pillədə isə uşaqlar və onların təhsili dayanır. Bu mövzular üzrə reytinqlər həmişə maraqlı olur. Bütün bunlar barədə maarifləndirici SputnikPro layihəsinin növbəti vebinarında söhbət aparılıb.

Onuncu, yubiley onlayn seminar “Data jurnalistika: sitat gətirilən xəbərləri yazmaq üçün araşdırmanı necə aparmalı” mövzusuna həsr olunmuşdu. Vebinarın spikeri Andrey Manko İqtisadi Tədqiqatlar Mərkəzinin Maliyyə institutlarının təhlili idarəsinin rəisidir.

Andrey iqtisadçıdır, 2006-cı ildə Ali İqtisad Məktəbində magistraturanı bitirib. 2005-ci ildən konsaltinq, eləcə də iqtisadi təhlil sahəsində çalışıb. 2011-ci ildən RİA Novosti-nin İqtisadi Araşdırmalar Mərkəzində (RIA Rating brendi) idarə rəisi kimi fəaliyyət göstərir. Bankların və digər şirkətlərin, regionların və ölkələrin təhlili ilə məşğul olur.

Vebinar zamanı  Andrey Manko nəticələri başqa KİV-lər üçün də maraqlı, istinad mənbəyi olacaq araşdırmaları apararkən nələri vurğulamağın gərəkdiyini açıqlayıb.

“Araşdırma keyfiyyətli olmalıdır. Bəzi araşdırmalar keyfiyyətli, bəziləri isə sadəcə populyar olur. Yenilik olmalıdır: hərdən sənə elə gəlir ki, bu məlumat eninə-uzununa işlənib və artıq maraqlı deyil, amma bu, heç də həmişə belə olmur, ola bilsin ki, sadəcə sizin gözünüz öyrəşib. Həmçinin metodologiya, məlumatların toplanmasının da keyfiyyəti yüksəldilməlidir”, - Manko deyib.

Spiker, eləcə də bu və ya digər mövzunun aktuallığı məsələsinə toxunub: “İndi aktual mövzu koronavirusdur. Amma aktual mövzular çox güclü işıqlandırılır, ona görə də, məsələn, siz çox maraqlı yaza bilərsiniz, amma o, informasiya axınının içində itib-batacaq. Siz sadəcə çoxluğun bir hissəsi olacaqsınız”.

Andrey Mankonun fikrincə, başqa ölkələrdə, məsələn, ABŞ-da, yaxus Avropa dövlətlərində reytinq ideyalarına baxıb onlardan nümunə götürməkdə eyibli bir şey yoxdur. “Əlbəttə, onların reytinqləri fərqlidir və biz onları öz auditoriyamız üçün adaptasiya edirik. Bu cür köçürmədə bir problem görmürəm. Statistika ilə işləyərkən ümumi aspektləri: ranqları, korrelyasiyaları və s. nəzərə almaq lazımdır”, - ekspert qeyd edib.

Materiallara istinad olunması, onların sitat gətirilməsi məsələsindən danışarkən Manko vurğulayıb ki, cədvəl, qrafik, infoqrafika və ya video vasitəsilə çatdırılan mövzu daha maraqlı olur. Bu zaman başlıqlar maraqlı və cəlbedici, amma eyni zamanda dəqiq olmalıdır. Balansı hiss etməlisiniz, Manko deyib.

© Photo : Courtesy of Andrey MankoAndrey Manko
Data jurnalistika: Yazınız dillər əzbəri olsun deyə... - Sputnik Azərbaycan
Andrey Manko

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlaması ilə, layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro online mövsümü"nə start verib. Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0