Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Heç kim sığorta olunmayıb - TƏBİB sözçüsünün anası da virusa yoluxdu

© Photo : Facebook / Marketing Meetup BakuRəvanə Əliyeva, arxiv şəkli
Rəvanə Əliyeva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Anamdan analizlər götürülür. Onun da yanaşı xəstəlikləri olduğu üçün daha çox narahatlıq keçiririk" - Rəvanə Əliyeva

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevanın anası koronavirusa yoluxub.

Sputnik Azərbaycan-ın sorğusuna cavabında Rəvanə Əliyeva bildirib ki, anasından götürülən COVID-19 testi pozitiv çıxıb. R. Əliyeva bildirib ki, hazırda anası xəstəxanada müalicə alır: "Anamdan analizlər götürülür. Onun da yanaşı xəstəlikləri olduğu üçün daha çox narahatlıq keçiririk".

R. Əliyeva deyib ki, hər kəs özünü və yaxınlarını qorumaq üçün qaydalara əməl etməlidir.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı yaxın qohumları arasında koronavirusa yoluxan şəxslərin olduğunu qeyd etmişdi.

Xəbər lenti
0