CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Gecə qara, cücə qara” dedilər, alınmadı – Qanunsuz qum daşıyanlar cəzalanıb

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidРазгрузка песка, фото из архива
Разгрузка песка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.

BAKI, 19 iyun — Sputnik. Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı ETSN-yə daxil olan şikayət yerində araşdırılıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı Goradil bağlar massivinin Xəzər dənizi sahilində gecə saatlarında KAMAZ markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkar edilib.

Faktla bağlı qanun pozucuları Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3764 manat məbləğində cərimə olunub.

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.

Xəbər lenti
0