CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Naxçıvanla bağlı vacib qanun imzaladı – Ərazi bölgüsünü dəyişdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев во время новогоднего обращения
Президент Ильхам Алиев во время новогоднего обращения - Sputnik Azərbaycan
Abunə olmaq
Babək qəsəbəsinə şəhər, Nehrəmə qəsəbə statusu verildi, Cəhri kəndi Cəhri qəsəbə inzibati ərazi dairəsi statusu aldı

BAKI, 19 iyun — Sputnik. Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanunla Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilsin, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.

2. Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilsin, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

3. Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilsin, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

Xəbər lenti
0