BAKI, 19 iyun – Sputnik. “Pandemiya nəticəsində iqtisadi fəallıq zəifləyib”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə bağlı da müzakirələr gedir, bu məsələyə baxılır və müvafiq qərarlar qəbul olunacaq: “2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq”.