CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaxt uzadıldı - Karantinlə bağlı 60 gün güzəşt olacaq

© Photo : State Migration Service of the Republic of AzerbaijanМигранты у здания Государственной миграционной службы Азербайджана
Мигранты у здания Государственной миграционной службы Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 1 avqust 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!

BAKI, 19 iyun — Sputnik. Dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, ölkədə olma müddəti 1 avqust tarixinədək bitəcək əcnəbilərin  müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılacaq. Bu barədə Dövlət Miqrasiya Xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Bildirilib ki, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər.

Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.

 

Xəbər lenti
0