CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siz gələndə, iş yoldaşınız gedəcək: Bizi xilas edəcək addım, yoxsa gecikmiş tədbir?

CC0 / Cadeau Maestro / officeİş yeri, arxiv şəkli
İş yeri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, hüquqi şəxslərin TƏBİB-in iş qrafikinin dəyişdirilməsi ilə bağlı təklifinə əməl edəcəklərinə inanmır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda koronavirusa yoluxma sayını azaltmaq üçün yeni təkliflər hazırlanıb. Onlardan biri də iş qrafiklərinin dəyişdirilməsi ilə bağlıdır.

Госпиталь COVID-19 в ГКБ №15 имени О. М. Филатова - Sputnik Azərbaycan
RUSİYA
Sağalanlar yoluxanların sayını keçdi: Rusiyada koronavirusla bağlı müsbət tendensiya

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib. Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: “İş yerlərinə müraciət etmək istəyirik ki, işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər”.

Sputnik Azərbaycan iş qrafiklərinin dəyişdirilməsinin koronavirusa yoluxma sayına təsirini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu təklif qəbul olunarsa, koronavirusun yayılma sayında azalma müşahidə oluna bilər: "Bu gün koronavirusa yoluxmanı artıran əsas amil insanların ictimai nəqliyyatda sıx olmasıdır. Buna da səbəb işlərin eyni saatda başlayıb, eyni vaxtda qurtarmasıdır. Bu gün təhsil müəssisələri bağlıdır. İctimai nəqliyyatdan əsas istifadə edənlər işə gedib-gələnlərdir. İş yerləri əsasən saat 09:00-da açılıb 18:00-da bağlanır. Bu da ictimai nəqliyyatda sıxlıq yaradır. Sosial məsafə olmayan yerdə virusa yoluxma riski dəfələrlə artır".

C.İsayevin sözlərinə görə, işlər fərqli saatlarda başlamasa da, işçiləri üç hissəyə bölməklə işə çıxartmaq olar: "Düzdür, bunu hər yerdə tətbiq etmək mümkün deyil. İstehsalat sahələrinin bəzilərində bu rejimlə iş mümkündür. Doğurdan da hamının eyni vaxtda işə gedib-gəlməsi ictimai nəqliyyatda sıxlığa səbəb olur. Bu da virusun yayılmasını sürətləndirir. Ona görə də, aidiyyəti qurumlar bu təklif üzərinə düşünməlidirlər".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında TƏBİB rəhbərinin bu təklifinin gecikmiş təklif olduğunu bildirib. O deyib ki, vaxtında xidmət, iaşə, ticarət, ictimai nəqliyyat və iş yerlərində karantin tələblərinə ciddi nəzarət olunmalı idi: "Bu gün karantin qaydaları ən çox sadaladığım sahələrdə pozulur.

Девушки в салоне красоты - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yenidən sərt karantin: Hansı sahələrdə məhdudiyyətlər olacaq?
 Dövlət Xidmətlərinin göstərildiyi yerlərdə, bankların qarşısında, ticarət obyektlərində, ictimai nəqliyyatda, eləcə də iş yerlərində karantin tələblərinə əməl olunmur. Amma indiyədək nə bir bank, nədəki bir ticarət mərkəzinin sahibi buna görə məsuliyyətə cəlb olunub. İş yerlərində hüquqi şəxslər də karantin tələblərinə əməl etmirlər. Ona görə də, mən inanmıram ki, TƏBİB-in iş qrafikinin dəyişdirilməsi ilə bağlı təklifinə hüquqi şəxslər əməl etsinlər. Bu gün iri marketlərdə karantin tələbləri çox kobud şəkildə pozulur. Amma heç bir hüquqi şəxs buna görə məsuliyyətə cəlb olunmur".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, iş qrafiklərinin dəyişdirilməsi Bakıda sıxlığın aradan qaldırılmasına kömək ola bilər. Komitə sədri vurğulayıb ki, bununla bağlı Avropa ölkələrinin təcrübəsi var: “Bəzi Avropa ölkələrində bir sıra yerlərdə iş səhər saat 7-də başlayır. Vacib deyil ki, hər yerdə iş səhər saat 9-da başlasın. Saat 07:00-da, 08:00-da, 10:00 və 11:00-da da iş başlaya bilər. Tez işə gələn də işdən tez çıxacaq və digər işləri ilə məşğul olacaq. Bu tədbir həyata keçirilə bilər. Bununla bağlı özəl sektora tövsiyə verilə bilər, dövlət qurumları da qərar qəbul edə bilər ki, hansı iş saat neçədə başlasın”.

Xəbər lenti
0