CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəhram Bağırzadə ilə bağlı son durum - Vəziyyəti hələ ağırdır, amma cüzi yaxşılaşma da var

© Sputnik / Murad OrujovAktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Onun 90%-dən çox ağciyər toxuması zədələnib.

BAKI, 19 iyun — Sputnik. “Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kritik stabil ağır olaraq qalır. Müəyyən laborator və renginoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir”.

Bəhram Bağırzadə, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bəhram Bağırzadənin ciyərləri dəyişdiriləcək?

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xəbər lenti
0