SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Anar Ələkbərov media nümayəndələri ilə pandemiyanı müzakirə etdi

© Photo : APAGörüş
Görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi xaricdəki soydaşlarımızın ölkəyə təxliyəsi barədə məlumat verərək Rusiyadakı soydaşlarımızın təxliyəsi ilə əlaqədar atılan addımlardan danışıb, mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızı səbrli davranmağa çağırıb.

BAKI, 19 iyun – Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə medianın rolu ilə bağlı bir qrup KİV təmsilçisi ilə görüşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, media işçilərinə fəaliyyətlərində uğurlar arzulayan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bu görüşün həm də media ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət etdiyini bildirib.

© Photo : APAAzərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudovla KİV nümayəndələrinin görüşü
Anar Ələkbərov media nümayəndələri ilə pandemiyanı müzakirə etdi - Sputnik Azərbaycan
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudovla KİV nümayəndələrinin görüşü

Anar Ələkbərov deyib ki, pandemiyanın başlanğıc mərhələsində karantin rejimi və qapanmaların iqtisadi sahədə çətinliklərə yol açacağı proqnozlaşdırılsa da, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib, hökumətin fəaliyyəti də bu strategiya üzərində qurulub. Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu dövr ərzində xəstəxanalar lazımi avadanlıqla təchiz edilib, təlimlər keçirilərək kadr hazırlığı təmin olunub, əhalinin ehtiyacları qarşılanıb, sahibkarlara lazımi dəstək verilib.

Xaricdəki soydaşlarımızın ölkəyə təxliyəsi barədə də məlumat verən Anar Ələkbərov karantin müəssisələrinin imkanları nəzərə alınaraq, Rusiyadakı soydaşlarımızın təxliyəsi ilə əlaqədar atılan addımlardan danışıb, mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızı səbrli davranmağa çağırıb.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ötən dövr ərzində atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində xəstəliyi nəzarət altına almaq mümkün olub, səhiyyə sistemi mövcud çağırışa uyğun olaraq yenidən qurulub. Karantin rejimində mərhələli şəkildə yumşaldılmadan sonra yaranmış mənzərədən söz açan Anar Ələkbərov bu addımların da düşünülmüş şəkildə atıldığını, hazırkı dövrdə pandemiyanın yenidən sürətlə yayılması təhlükəsinin aradan qaldırılması üçün vətəndaşların dövlətlə həmrəylik nümayiş etdirməsinin, medianın bu istiqamətdə təbliğatda dəstəyinin vacib olduğunu vurğulayıb.

© Photo : APAAzərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudovla KİV nümayəndələrinin görüşü
Anar Ələkbərov media nümayəndələri ilə pandemiyanı müzakirə etdi - Sputnik Azərbaycan
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudovla KİV nümayəndələrinin görüşü

Azərbaycan Prezidentinin köməkçisi eyni zamanda ictimai nəqliyyatda, supermarketlərdə, iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi və maska taxılmasına nəzarətin artırılması istiqamətində müvafiq qurumlara tapşırıqlar veriləcəyini söyləyib.

Azərbaycan Prezidentinin köməkçisi mətbuatla müvafiq dövlət qurumları arasında əməkdaşlıq və kommunikasiyanın gücləndirilməsinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə səylərin artırılacağını, Azərbaycan Prezidentinin köməkçisi kimi media nümayəndələri ilə görüşlərinin davamlı olacağını qeyd edib.

Anar Ələkbərov hərarəti olduğuna görə və koronavirusa yoluxma ilə əlaqədar buraxılış və gələcəkdə ali məktəblərə qəbul imtahanlarında iştirakı mümkün olmayacaq abituriyentlərlə bağlı probleminin həllinin də Təhsil Nazirliyinin diqqətində olacağını nəzərə çatdırıb.

Səhiyyə sahəsində görülən işlər və koronavirusla mübarizə istiqamətində atılan addımlardan söz açan TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı yoluxma hallarının artmaması üçün vətəndaşların ictimai nəqliyyatda və qapalı məkanlarda sosial məsafəni gözləmək və maska taxmaqla bu prosesdə həmrəylik nümayiş etdirməsini zəruri sayıb. O cümlədən xüsusən son dövrlər vətəndaşların qadağalara baxmayaraq evlərdə təşkil olunan yas mərasimlərində koronavirusa yoluxduğunu qeyd edərək, bu kimi halların yolverilməz olduğunu vurğulayıb.

© Photo : APAAzərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudovla KİV nümayəndələrinin görüşü
Anar Ələkbərov media nümayəndələri ilə pandemiyanı müzakirə etdi - Sputnik Azərbaycan
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudovla KİV nümayəndələrinin görüşü

Səhiyyə sisteminin koronavirusla mübarizəyə hazır olması istiqamətində Heydər Əliyev Fondunun dəstəyini yüksək qiymətləndirən R. Bayramlı onu da qeyd edib ki, pandemiyadan əvvəlki dövrdə təcili yardımla bağlı bir gündə 1000-1300 çağırış olubsa, hazırda bu göstərici 2500-ə çatıb. Bu sahədə problemlərin yaranmasının qarşısının alınması üçün şimal rayonlarında icbari tibbi sığorta çərçivəsində nəzərdə tutulan 41 təcili tibbi yardım maşını Bakıya təhkim olunub, bu təcili tibbi yardım maşınları üçün heyətlər formalaşdırılıb. Bu ayın sonunda daha 30 təcili tibbi yardım maşını alınacaq və Bakıda bu sahədə xidmətə cəlb olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov isə qapalı məkanlarda və ictimai nəqliyyatda xüsusən maska taxılmasına nəzarətin artırılmasının vacibliyini qeyd edib.

Görüşdə jurnalistlərin suallarını cavablandıran Azərbaycan Prezidentinin köməkçisi Bəhram Bağırzadərin müalicəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu, Mehriban Əliyevanın Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla xanımla əlaqə saxladığını nəzərə çatdırıb.

Xəbər lenti
0