Rəsmi təsdiq gəldi: Koronavirusun müalicəsində elmi irəliləyiş əldə olunub

© Sputnik / Sergey PyatakovLaboratoriya
Laboratoriya - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, oksigen müalicəsinə və ya ağciyərlərin süni ventilyasiyasına ehtiyac duyan COVID-19 xəstələri arasında ölüm səviyyəsinin azalmasını göstərən ilk dərmandır", - təşkilatın baş direktorunun bəyanatında deyilir.

BAKI, 18 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanon Gebreyesus Böyük Britaniyada deksametazon steroidinin COVID-19-un müalicəsi üçün klinik sınaqlarının nəticələrini "elmi sıçrayış" adlandırıb.

Женщина кормит ребенка грудью, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST koronavirus xəstəsi olan süd verən analara səsləndi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ÜST-ün saytında bildirilir.

Oksford Universitetində aparılmış tədqiqatlar göstərib ki, iltihab əleyhinə deksametazon preparatı ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş COVID-19 xəstələrinin ölüm riskini 35 faiz, oksigen alan xəstələrin ölüm riskini isə 20 faiz azaldır. Britaniyada bu dərmanın qablaşdırması təxminən beş funt sterlinq (təxminən 10 manat) dəyərindədir. Britaniya hökuməti çərşənbə axşamı COVID-19-un müalicəsi üçün deksametazondan istifadəyə icazə verib.

"Bu, oksigen müalicəsinə və ya ağciyərlərin süni ventilyasiyasına ehtiyac duyan COVID-19 xəstələri arasında ölüm səviyyəsinin azalmasını göstərən ilk dərmandır", - təşkilatın baş direktorunun bəyanatında deyilir.

Gebreyesus sınaqların nəticələrini "əla xəbər" adlandırıb.

Xəbər lenti
0