CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cərimə də olsun, araba ilə süpürgə də - həkimdən təklif

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
Bu şəxslərin əllərinə süpürgə, araba verib, xüsusi geyimlə təchiz etmək lazımdır. Onlar dəhlizləri, palataları süpürməli, xəstələrin daşınma prosesində iştirak etməlidirlər.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. “Karantin qaydalarını pozan, maskasız gəzən və s. bu kimi şəxslərə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə yazır, 15 sutkalıq azadlıqdan məhrum edirlər. Bu cəzalar sırasına həmin şəxslərin ictimai işlərə cəlbini də əlavə etmək lazımdır”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm deyib.

Ə.Rüstəm bu şəxslərin, yəni koronavirusa inanmayanların COVID-19-la mübarizəyə cəlb edilməsini təklif edir: “Məsələn, bu gün əgər Bakı şəhəri üzrə qaydalara əməl etməyən 50 belə şəxsi COVID-19-la mübarizəyə cəlb olunan xəstəxanalara iş üçün paylamaq lazımdır. Bu şəxslərin əllərinə süpürgə, araba verib, xüsusi geyimlə təchiz etmək lazımdır. Onlar dəhlizləri, palataları süpürməli, xəstələrin daşınma prosesində iştirak etməlidirlər. Bu zaman cəza müddəti başa çatdıqdan sonra həmin şəxslər çıxaraq ətrafındakılara olanları danışacaqlar. Yalnız bundan sonra, qısa müddətdə bütün Azərbaycan COVID-19 xəstəliyini qəbul edəcək və biləcəklər ki, yaranmış pandemiya ilə əlaqədar mövcud qaydaları pozan şəxslər COVID-19-la mübarizəyə cəlb olunacaqlar. Bundan sonra bir nəfər də küçəyə maskasız çıxmayacaq”.

Xəbər lenti
0