BAKI, 18 iyun — Sputnik. “SMS xidməti istifadəyə veriləcək, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, muzey və sərgilərin fəaliyyəti və açıq havada idman oyunları dayandırılacaq. Qeyd edək ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.
L.Abdullayeva deyib ki, 65 yaş və daha yuxarı yaşlı insanların evdən çıxması məhdudlaşdırılmır: “Ancaq bu insanlar mümkün qədər evlərində təcrid vəziyyətində qalsınlar, bunu tövsiyə edirik. “Bakı Metropoliteni”nin fəaliyyəti, bulvar, park və istirahət məkanlarına giriş də məhdudlaşdırılmır”.
Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Həmçinin 21 iyun saat 00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Cəlilabad, Abşeron, Gəncə şəhəri üzrə ciddi karartin rejimi tətbiq olunacaq.