CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Cəmiyyət pandemiyanın olduğunu qəbul edənə qədər yenidən qadağalara geri dönə bilərik"

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər Ümumdünya Səhiyyə Təşkilatı, ölkələr virusun necə davranacağını bilsəydilər, pandemiya elan olunmazdı" - millət vəkili

BAKI, 18 iyun — Sputnik. “Sərt karantin rejiminin iqtisadi, psixoloji və mədəni sahədə verdiyi orta və uzunmüddətli zərərlər var. Ancaq Prezident İlham Əliyev insanların sağlamlığının prioritet olduğunu bəyan edib və bu strategiya davam etdirilir”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi pandemiyanın olduğunu qəbul edənə qədər yenidən qadağalara geri dönmələrlə qarşı-qarşıya qala bilərik: “Təhlükə vardısa, niyə yumşalma olmasına gəlincə, əgər Ümumdünya Səhiyyə Təşkilatı, ölkələr virusun necə davranacağını bilsəydilər, pandemiya elan olunmazdı”.

Xəbər lenti
0