BAKI, 18 iyun — Sputnik. Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.
L.Abdullayeva deyib ki, 21 iyun saat 00-dan 5 iyul saat 6.00-dək ciddi karartin rejimi tətbiq olunacaq: “Bakı, Sumqayıt, Cəlilabad, Abşeron, Gəncə şəhəri üzrə ciddi karantin rejimi tətbiq olunacaq
Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.