CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan sərhədlərini bağlı saxlayır

© AP Photo / Alex BrandonГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Baxmayaraq ki, xüsusi karantin rejimi davam edir, amma ikitərəfli razılaşma əsasında vətəndaşlarımızın ölkəyə geri qaytarılması istiqamətində tədbirlər davam etdirilir" - Leyla Abdullayeva

BAKI, 18 iyun — Sputnik. Qəbul olunmuş qərarla avqust ayının 1-dək dövlət sərhədlərinin də bağlı qalması məsələsi qüvvədədir.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Baxmayaraq ki, xüsusi karantin rejimi davam edir, amma ikitərəfli razılaşma əsasında vətəndaşlarımızın ölkəyə geri qaytarılması istiqamətində tədbirlər davam etdirilir. Hətta 17-18 iyun tarixlərində Türkiyədən xüsusi reyslərlə vətəndaşlarımız geri qaytarıldılar. Onların 48 saat öncədən koronavirus testindən keçməsi tələbi qoyuldu ki, bu təcrübənin avqustun 1-dək dövlətlərlə ikitərəfli razılaşma əsasında davam etdirilməsi nəzərdə tutulub”.

Xəbər lenti
0