BAKI, 18 iyun — Sputnik. AVRO-2020-nin pley-off matçları oktyabrın 8-nə və noyabrın 12-nə təyin edilib. Bu barədə UEFA-nın rəsmi saytında bildirilir.
Matçlar martın sonunda baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. Bu oyunlar AVRO-2020-nin son dörd iştirakçısını müəyyənləşdirəcək.
Yeni tarixləri UEFA İcraiyyə Komitəsi iyunun 17-də keçirilmiş iclasında təsdiq edib.
Pley-off oyunlarının yarımfinalları (8 oktyabr)
"A" yolu: İslandiya - Rumıniya, Bolqarıstan - Macarıstan
"B" yolu: Bosniya və Herseqovina - Şimali İrlandiya, Slovakiya - İrlandiya
"C" yolu: Şotlandiya - İsrail, Norveç - Serbiya
"D" yolu: Gürcüstan - Belarus, Şimali Makedoniya - Kosovo
Pley-off oyunlarının finalları (12 noyabr)
"A" yolu: Bolqarıstan/Macarıstan - İslandiya/Rumıniya
"B" yolu: Bosniya və Herseqovina/Şimali İrlandiya - Slovakiya/ İrlandiya
"C" yolu: Norveç/Serbiya - Şotlandiya/İsrail
"D" yolu: Gürcüstan/Belarus - Şimali Makedoniya/Kosovo