İran, Rusiya və Türkiyə prezidentlərinin Suriyadakı durumu müzakirə etmək üçün Astana formatında zirvə görüşü keçiriləcək. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Suriyada nisbi sakitlik olmasına baxmayaraq, hələ də problemlər qalmaqdadır:
“Hazırda əsas problem İdliblə bağlıdır. Rusiya və Bəşər Əsəd hakimiyyəti İdlibdəki silahlı qrupların tərksilah olunmasını istəyirlər. Türkiyə isə bu məsələnin həlli üçün zamana ehtiyac olduğunu bildirir. Eyni zamanda Türkiyə Bəşər Əsəd qüvvələrinin İdlibdə qətliamlar törətməsindən ehtiyatlanır”.
Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz