CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

190 manatlıq ödəmə barədə qərar veriləcək

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq

BAKI, 18 iyun — Sputnik. “İki həftəlik sərt karantin rejimində 190 manat birdəfəlik ödənişlə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aydınlıq gətirəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq.

Xəbər lenti
0