Çeferin: AVRO-2020-ni təxirə salma qərarının doğru olduğuna hələ də əminəm

© AFP 2024 / FABRICE COFFRINIЛоготип чемпионата Европы по футболу 2020
Логотип чемпионата Европы по футболу 2020  - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə 2020-ci il Avropa çempionatının 2021-ci ilin yayına təxirə salınması qərarı martın 17-də verilib.

UEFA Prezidenti Aleksander Çeferin hələ də AVRO-2020-nin 2021-ci ilə təxirə salınması qərarını doğru hesab etdiyini deyib.

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan AVRO-2020 matçları iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə – London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Amsterdam, Budapeşt, Qlazqo, Bilbao və Sankt-Peterburqda keçiriləcək.

"AVRO-nu təxirə salmaq qərarının doğru olduğuna hələ də əminəm. Bunu etməsəydik milli çempionatlar yarıda qalacaqdı. Bütün futbol ictimaiyyəti birlikdə çalışırdı ki, oyunları bərpa edək. Futbolun bərpa olması ilə əlaqəli hər kəsə, futbol dünyasından olan şəxslərə və müxtəlif ölkələrin hökumətlərinə təşəkkür edirəm. Onların hamısı yenidən oyuna qayıtmağımıza kömək etdi", - Çeferin mətbuat konfransında deyib.

Futbol üzrə 2020-ci il Avropa çempionatının 2021-ci ilin yayına təxirə salınması qərarı martın 17-də verilib. Bir qədər əvvəl UEFA rəhbəri bildirib ki, bu tədbir Avropa Futbol Assosiasiyaları İttifaqı üçün böyük xərclərə səbəb olacaq.

Xəbər lenti
0