BAKI, 17 iyun — Sputnik. Gəncədə 4 nəfərin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.
Sputnik Azərbycan-ın məlumatına görə, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadı 1967-ci il təvəllüdlü Ofeliya Quliyevanı, öz gəlini 1984-cü il təvəllüd Günay Quliyevanı və nəvələri- 2006-cı il təvəllüdlü Malik Quliyev, 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızını bıçaqlayıb.
Hadisə zamanı O. Quliyeva hadisə yerində ölüb. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Baş Prokurorluqdan bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İstintaqla cinayətin M.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.