BAKI, 17 iyun – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev tibb işçilərinin peşə bayramı ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı özünün “Facebook” səhifəsində bunları yazıb:
“Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər.
Azərbaycan həkimlərinə eşq olsun!”
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 16-da tibb işçiləri il bağlı sərəncamlar imzalayıb. Dövlət başçısı bir qrup tibb işçisini təltif edib.