UEFA Millətlər Liqasının başlama tarixi bəlli oldu

© Sputnik / Murad OrujovМатч 4-го тура группы 3 Дивизиона D Лиги наций по футболу между сборными Азербайджана и Мальты
Матч 4-го тура группы 3 Дивизиона D Лиги наций по футболу между сборными Азербайджана и Мальты - Sputnik Azərbaycan
Abunə olmaq
AVRO-2020-nin finalında iştirak etmək hüququ uğrunda pley-off oyunları isə ilkin olaraq 8 oktyabr və 12 noyabr tarixlərinə təyin edilib.

Tarixdə ikinci UEFA Millətlər Liqası sentyabrın 3-də başlayacaq, qrup mərhələsinin oyunları noyabrın 18-dək davam edəcək. Bu barədə UEFA-nın rəsmi saytına məlumat verilir.

Turnirin ilkin təqvimi çərşənbə günü UEFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənib. Qrup mərhələsinin birinci və ikinci turları 3-5 və 6-8 sentyabr, üçüncü və dördüncü turları 10-11 və 13-14 oktyabr, beşinci və altıncı turları 14-15 və 17-18 noyabr tarixlərində keçiriləcək.

AVRO-2020-nin finalında iştirak etmək hüququ uğrunda pley-off oyunları isə ilkin olaraq 8 oktyabr və 12 noyabr tarixlərinə təyin edilib.

Xəbər lenti
0