Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanlılar niyə xaricdə mənzil almağa üstünlük verirlər

© Sputnik / Irade JELILAzərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, Azərbaycan vətəndaşlarının daşınmaz əmlaka investisiya qoyuluşunda ilk yeri Türkiyə tutur
Elnur Azadov: “Dil bariyerinin olmaması seçimə təsir edən amillərdəndir”

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 42 (ötən ilin müvafiq ayında 90 ev) daşınmaz əmlak alıblar. Bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında VII yerdə qərarlaşıb.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, ildən-ilə Azərbaycan vətəndaşlarının xaricdə daşınmaz əmlaka investisiya qoyuluşuna marağı artır:

“Bu sırada ilk yeri Türkiyə tutur. Bunun da bir çox səbəbləri var. Türkiyə hökuməti tərəfindən təqdim edilən əlverişli şərtlər vətəndaşalrın marağını çəkə bilir. Eyni zamanda dil baryerinin olmaması da bu seçimə təsir edən amillərdəndir”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0