Sorokin: AVRO-2020-nin bütün şəhərləri zəmanətlərini təsdiqləyib

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidBakı Olimpiya Stadionunun qarşısı
Bakı Olimpiya Stadionunun qarşısı - Sputnik Azərbaycan
Abunə olmaq
"Tamaşaçılara gəldikdə isə qərar qəbul edilməyib... UEFA bu barədə sonrakı mərhələdə qərar verəcək. Ümumilikdə proqnoz nikbindir", - Sorokin deyib.

Futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək bütün şəhərlər öz zəmanətlərini təsdiqləyib və cədvəldə dəyişiklik gözlənilmir. Bunu AVRO-2020-nin Sankt-Peterburqdakı Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

"AVRO-da dəyişiklik gözlənilmir. Hamı zəmanətləri təsdiqləyib. Şəhərlər, cədvəl dəyişməz olaraq qalacaq", - Sorokin jurnalistlərə bildirib.

Onun sözlərinə görə, AVRO matçlarında tamaşaçıların iştirakı ilə bağlı proqnozlar nikbindir.

"Tamaşaçılara gəldikdə isə qərar qəbul edilməyib. İcraiyyə Komitəsi mütəxəssislərin hesabatını dinləyib. UEFA bu barədə sonrakı mərhələdə qərar verəcək. Ümumilikdə proqnoz nikbindir. Təxirə salma ilə bağlı heç bir müzakirə və mübahisə olmayıb. Böyük iş görülüb, hər şey diqqətlə işlənib. Hər kəs təkliflərlə razılaşıb", - Sorokin əlavə edib.

Xəbər lenti
0